Новый партнер для ХООО «МультиКультиУА»

Завтра  29 апреля в 10-00 пройдут переговоры с новым потенциальным партнером для ХООО «МультиКУльтиУА» общественной организацией  «Азербайджано-латиноамериканской дружбы молодежи» (ALAGD), председателем которой является  Махер Гурбанов.

ALAGD sədri Ukraynada görüşlər keçirib

“Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu” (ALAGD) İctimai Birliyinin sədri Mahir Qurbanov Ukraynanın Xarkov şəhərində səfərdədir.

Gün.Az xəbər verir ki, səfərin əsas məqsədi Xarkovda QHT sektorunda fəaliyyət göstərən gənclər təşkilatlarını, xüsusilə ispan dilli gəncləri tanımaq, o cümlədən əldə olunmuş təcrübəni digər təşkilatlarla bilavasitə bölüşməkdir.

Həmçinin, gələcək fəaliyyəti zamanı müxtəlif layihələri birgə həyata keçirməkdir.

Xarkovun “MultiKultiUA” təşkilatı və ALAGD arasında tanışlıq xarakterli görüşlər keçirilib.

Görüş zamanı “MultiKultiUA” təşkilatının sədri Sergey Savetski bildirib ki, ALAGD ictimai birliyilə əməkdaşlıq etmək, yeni ideyalar və sosial layihələr əsasında həm Ukraynada, həm də Azərbaycanda ispan dilli gəncləri bir araya toplayır.

Mahir Qurbanov isə qeyd edib ki, ALAGD hazırda İspaniyanın və Latın Amerikanın bir sıra gənclər təşkilatları ilə əməkdaşlığı davam etdirir. Bu əməkdaşlıq eyni zamanda Türkiyədə və Gürcüstanda da mövcuddur.

“Unutmayaq ki, gənclər sosial həyatda aparıcı və dinamik olmalıdır”.

Qeyd edək ki, artıq ALAGD ictimai birliyinin təqdimatı da həyata keçirilib və Ukraynanın Gənclər Təşkilatlarının Milli Assambleyasının Xarkov üzrə idarəsilə də müəyyən danışıqlar planlaşdırılır.

Fidan Əliyeva
Gün.Az

Translate »